KİV: Moskvaya uçan təyyarə qəzaya uğrayıb

21
Yan
2024
11:49

Moskvaya uçan Hindistan şirkətinə məxsus təyyarə Əfqanıstanın şimal-şərqində qəzaya uğrayıb.

Azreform.info xəbər verir ki, bu barədə yerli mənbələrə istinadən Aamaj News agentliyi məlumat yayıb.

Məlumata görə, təyyarə texniki nasazlıq səbəbindən Bədəxşan əyalətində qəzaya uğrayıb. Agentlik təyyarənin modeli və göyərtəsində olan təxmini sayı barədə məlumat verməyib.