Ermənistanda ağır yol qəzası: xəsarət alanlar var

20
Yan
2024
22:35

Ermənistanın Araqatsotn rayonunda (əvvəlki tarixi Şorəyel Mahal - red) rayonunda ağır yol qəzası olub.

Azreform.info xəbər verir ki, Gürcüstan dövlət nömrə nişanlı "Mercedes Vito" markalı mikroavtobusun "Opel Astra" markalı minik maşını ilə toqquşması nəticəsində 14 nəfər xəsarət alıb. Onlar arasında uşaqlar da var.

Yaralılar xəstəxanaya çatdırılıb.

Hadisənin başvermə səbəbi açıqlanmır.

Faktla bağlı araşdırma aparılır.