İsrail Livana yeni zərbələr endirməyə başlayıb

5
Fev
2026
22:28

İsrail hərbçiləri Livana yeni zərbələr endirməyə başlayıb.

Azreform.info xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Bəyanatda hədəfin "Hizbullah" təşkilatının hərbi obyektləri olduğu bildirilib. Qeyd olunub ki, zərbələr Livanın bir neçə rayonuna endirilib.

İsrail Müdafiə Ordusunun məlumatına görə, bu zərbələr "Hizbullah"ın atəşkəs razılaşmasının pozmasına cavabdır.