İran pilotsuz təyyarəsi beynəlxalq sularda öz missiyasını uğurla başa vuraraq monitorinq missiyasını yerinə yetirib.
Azreform.info xəbər verir ki, bu barədə "Mehr" agentliyi yerli medianın dərc etdiyi hesabata istinadən məlumat yayıb.
Bildirilib ki, bu tip kəşfiyyat pilotsuz təyyarələrinin əsas missiyası İrana bitişik ərazilərdə hərbi hərəkətləri izləmək və məlumatlar yerüstü bazalara real vaxt rejimində ötürməkdir.
Agentliklə danışan mənbə ingilisdilli mediada Amerika təyyarəsinin İran pilotsuz təyyarəsini "USS Abraham Linkoln" təyyarədaşıyan gəmisi üzərində hədəf alması barədə yayılan xəbərlərə münasibət bildirib.
O qeyd edib ki, "Şahid-129" pilotsuz təyyarəsi beynəlxalq sularda kəşfiyyat, müşahidə və çəkiliş kimi adi və qanuni missiyasını yerinə yetirirdi. Bu, standart və qanuni prosedur hesab olunur".
Mənbə bildirib ki, pilotsuz təyyarə müşahidə və kəşfiyyat görüntülərini komanda mərkəzinə uğurla ötürüb. O əlavə edib ki, əlaqə sonradan kəsilib və səbəb hazırda araşdırılır.