Bakıda binanın fasadı uçaraq maşınları zədələdi - VİDEO

4
Fev
2026
20:14

Bakıda çoxmərtəbəli binanın fasadı güclü küləyin təsiri ilə uçub.

Azreform.info xəbər verir ki, hadisə Xətai rayonu General Əliağa Şıxlinski küçəsi 42 ünvanında baş verib.

Həmin ünvanda yerləşən yeni tikilmiş çoxmərtəbəli binanın fasad örtüyü qoparaq həyətdəki maşınların üzərinə tökülüb.

Nəticədə 3 avtomobilə ciddi zərər dəyib.

Görüntüləri təqdim edirik: (Qafqazinfo.az)