Rusiya taxılı daşıyan növbəti yük qatarı Azərbaycandan tranzit keçməklə Ermənistana göndəriləcək

4
Fev
2026
15:21

Rusiyadan 8 ədəd taxıl yüklü vaqon Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana göndəriləcək.

Azreform.info xəbər verir ki, yük vaqonları bu gün yola salınacaq.

Qeyd edək ki, indiyə qədər Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə 285 taxıl vaqonu (19 min 900 tona yaxın) taxıl göndərilib.