Bu ölkə Ukraynanın NATO-ya üzvlüyünə mane olacaq

20
Yan
2024
20:28

Slovakiya Baş naziri Robert Fiko Ukraynanın NATO-ya üzvlüyünə mane olacağını bildirib.

Azreform.info xəbər verir ki, o, bu barədə RTVS telekanalında bildirib.

Baş nazirin sözlərinə görə, Ukraynanın alyansa daxil olması Üçüncü Dünya müharibəsinin başlaması deməkdir.

Qeyd edək ki, yanvarın 24-də onun ukraynalı həmkarı Denis Şmıqalla görüşü baş tutacaq. Fiko görüşün “maraqlı” keçəcəyini vurğulayıb.