Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib

4
Fev
2026
09:21

Hazırda Bakıda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bu barədə Azreform.info -a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

Qeyd olunub ki, bununla bağlı Mərkəzin əməkdaşları tərəfindən məlumat sürət tablolarında "güclü külək" işarəsi qoyulub: "Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir".