Çində yanğın və partlayış nəticəsində 20-dən artıq insan öldü

20
Yan
2024
18:00

Çinin Henan əyalətində məktəb yataqxanasında baş verən yanğın nəticəsində azı 13 nəfər həlak olub.

Azreform.info xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Yanğın Nanyanq şəhərinin Fanqçenq dairəsində baş verib.

“Hadisə nəticəsində 13 nəfər həlak olub, 1 nəfər yaralanıb”, -  məlumatda deyilir. 

Çinin şərqində fabrikdə  baş verən partlayış nəticəsində isə 8 nəfər həlak olub. Partlayış yanvarın 20-də səhər tezdən Szyansu əyalətindəki Shenrong Metal Technology Limited şirkətinin istehsalat sexində baş verib.

Partlayış nəticəsində 8 nəfər həlak olub, daha 8 nəfər isə xəsarət alıb. 

Hazırda hadisələrin səbəbləri ilə bağlı araşdırmalar aparılır.

Mürtəza
Azreform.info