Ucarda iki nəfər dəm qazından zəhərlənib

31
Yan
2026
22:00

Ucarda dəm qazından zəhərlənmə hadisəsi qeydə alınıb.

Azreform.info APA-ya istinadla xəbər verir ki, hadisə axşam saatlarında baş verib.

Belə ki, rayonun Qarabörk kənd sakini, 1981-ci il təvəllüdlü Elnarə Xəlil qızı Xəlilova və Gəraybəyli kənd sakini, 2020-ci il təvəllüdlü Aliyə Əlisa qızı Vəliyeva zəhərlənmə diaqnozu ilə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Zərərçəkənlərə zəruri tibbi yardım göstərilib, vəziyyətləri stabildir.