Rasim Balayevin səhhəti açıqlandı

31
Yan
2026
19:49

Xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev xəstəxanadan evə buraxılıb.

Azreform.info xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, kinorejissor Əli İsa Cabbarov deyib.

O, qeyd edib ki, hazırda xalq artistinin müalicəsi ev şəraitində davam edir və səhhəti günü-gündən yaxşılaşır.

"Düşünürük ki, Rasim Balarev fevralın ikinci yarısında işə çıxacaq və fəaliyyətinə davam edəcək",- deyə kinorejissor əlavə edib.