"Sabah" səfərdə "Zirə"yə qalib gəldi

31
Yan
2026
19:14

Misli Premyer Liqasının XVIII turunda lider "Sabah" "Zirə"yə qalib gəlib.

Azreform.info xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda təşkil olunan oyun qonaqların 3:1 hesablı qələbəsi ilə bitib.

"Bayquşlar"ın heyətində Velko Simiç (10), İvan Lepiniça (22) və Xəyal Əliyev (27) fərqləniblər.

Ev sahiblərinin qolunu isə David Volkov (83) vurub.

Turnir cədvəlinə 43 xalla "Sabah" başçılıq edir. 29 xalı olan "Zirə" 5-cidir.

Qeyd edək ki, turun əvvəlki görüşlərində "Sumqayıt" "Karvan-Yevlax"ı (2:0), "Şamaxı" isə "Kəpəz"i (2:0) məğlub edib. XVIII tura fevralın 1-də yekun vurulacaq.