Qabil Qasımov işdən çıxarıldı

30
Yan
2026
09:56

Abşeron rayon prokuroru Qabil Qasımov vəzifəsindən azad edilib.

Azreform.info qafqazinfo-ya istinadən xəbər verir ki, bununla bağlı baş prokuror Kamran Əliyev Əmr imzalayıb.

Q.Qasımovun səlahiyyət müddəti ötən gün başa çatıb.

Yaxın günlərdə rayona yeni prokuror təyin olunacağı gözlənilir.