Makrondan etiraf: Sonumuz olacaq

20
Yan
2024
12:21

Moskva Rusiya-Ukrayna müharibəsində qalib gələrsə, bu, Avropanın təhlükəsizliyinin sonu demək olacaq.

Azreform.info xəbər verir ki, bunu Fransa prezidenti Emanuel Makron Hərbi Dəniz Donanmasının Bazasında hərbçilərlə  görüşündə deyib.

"Biz Rusiyaya qarşı müharibə aparmırıq, lakin bizim vəzifəmiz Rusiyanın qələbə çalmasına imkan verməməkdir.  Müharibə Rusiyanın qələbəsi ilə nəticələnsə, bu o deməkdir ki, Avropanın təhlükəsizliyi başa çatır”, - Makron qeyd edib.

Mürtəza
Azreform.info