Fuad Əliyev: Müəllim və həkimlərin maaşı…

21
Yan
2024
05:42

“Müəllimlərin və həkimlərin maaşlarının artırılması ilə təhsil sistemində və tibbdə korrupsiyaya qarşı ünvanlı islahatların aparılması lazımdır”.

Bunu Tribunainfo.az-ın əməkdaşına açıqlamasında prezidentliyə namizəd Fuad Əliyev söyləyib. Onun sözlərinə görə, həkim və müəllimlərin 5 ildən bir əlavə sertifikasiya imtahanları ləğv olunmalıdır: “Buna ehtiyac yoxdur. Minlərlə təhsil və tibb işçisinə işgəncə verilir. Bu imtahanlar formal xarakter daşıyır. Üstəlik, imtahanlar insanların işlədiyi və yaşadığı yerə yaxın ərazidə təşkil olunmalıdır. Amma bölgələrdən təhsil və tibb işçiləri əlavə xərc çəkərək Bakıya gəlmək məcburiyyətində qalır”. F.Əliyev qeyd edib ki, dövlət bu istiqamətdə real addımlar atmalıdır. Onun fikrincə, sertifikasiya imtahanları keyfiyyət artımına səbəb olmur: “Çünki 58-60 yaşlı tibb işçisini yenidən yoxlamağa ehtiyac yoxdur, onun kifayət qədər təcrübəsi var. Bu məsələ böyük narazılıq doğurur”.