Türkiyə terrorla mübarizədə bu ölkəyə yardım edəcək

27
Yan
2026
22:28

Afrika sahillərindəki terror qruplaşmaları bütün qitəyə təhdid yaradır, bu problemlə mübarizədə dost Nigeriyanın yanındayıq.

Azreform.info xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nigeriya Prezidenti Bola Əhməd Tinibu ilə görüşdən sonrakı birgə mətbuat konfransında bildirib.

"Bu gün hərbi və kəşfiyyat sahələrində əməkdaşlığı dəyərləndirdik", - Ərdoğan vurğulayıb.

Qeyd edək ki, mətbuat konfransından öncə hər iki ölkənin müxtəlif qurumları arasında əməkdaşlıq haqqında razılaşmalar imzlanıb.