Ombudsman prezident seçkilərinə hazırlıq prosesindən danışıb

20
Yan
2024
11:07

"Prezident seçkiləri ilə əlaqədar Ombudsman Aparatı və Mərkəzi Seçki Komissiyasının birgə fəaliyyət planı tərtib olunub".

Bunu "Report"a açıqlamasında Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib.

Onun sözlərinə görə, fəaliyyət planına əsasən ölkədə silsilə tədbirlər keçirilir: "İlk tədbirlər Bakı, Gəncə şəhərlərində, Şəki, Quba və Naxşıvanda olub".

S.Əliyeva vurğulayıb ki, tədbirlər çərçivəsində vətəndaşların seçki hüququnun təmini haqqında təlimlər keçirilir.