Türkiyə XİN Azərbaycana başsağlığı verib

20
Yan
2024
10:14

Türkiyənin Xarici İşlər Nazirliyi 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar Azərbaycana başsağlığı verib.

Azreform.info xəbər verir ki, bu barədə nazirliyin "X" hesabında paylaşım edilib.

"20 Yanvar 1990-cı ildə can Azərbaycanın müstəqilliyi uğrunda şəhid olan azərbaycanlı qardaşlarımızı hörmət və rəhmətlə yad edirik", - başsağlığında bildirilib.