Dostunun canlı yayımında qeyri-etik ifadələr işlədən şəxs həbs olunub

26
Yan
2026
18:49

Polis əməkdaşları "TikTok" sosial şəbəkəsində cəmiyyətə qarşı hörmətsizlik edən və qeyri-etik ifadələr işlədən şəxsi saxlayıb.

Azreform.info xəbər verir ki, Zəngilan rayon sakini, 1984-cü il təvəllüdlü Habil Həsənov "TikTok" platformasında dostuna məxsus "Məmmədov Səmiyyədin" adlı səhifədə açılmış canlı yayım zamanı onu izləyən şəxslərin ünvanına təhqir xarakterli ifadələr səsləndirib.

H.Həsənov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib olunaraq baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.

O, məhkəmənin qərarı ilə 15 sutka inzibati qaydada həbs edilib.