Həmin gün gizli silahdan istifadə edibmişlər - Radarlar sıradan çıxıb

24
Yan
2026
22:21

ABŞ Prezidenti Donald Tramp ABŞ-nin Venesuelada keçirilən hərbi əməliyyat zamanı gizli silahdan istifadə etdiyini açıqlayıb.

Azreform.info ” xəbər verir ki, Tramp bu barədə “The New York Post”a müsahibəsində danışıb.

O, yanvarın 3-ü “The Discombobulator” adlandırdığı gizli bir cihazın Venesuelanın paytaxtı Karakasda keçirilən əməliyyatda ABŞ qüvvələri tərəfindən istifadə olunduğunu bildirib.

Bu silahın düşmənin hava və radar sistemlərini sıradan çıxardığını və raketləri işə sala bilmədiyini söyləyib.

O, bu texnologiyanın xarakterini açıqlamadığını, çünki ətraflı məlumatın gizli olduğunu vurğulayıb.