Davosa uçan Trampın təyyarəsi təcili geri dönüb

21
Yan
2026
09:49

Davos İqtisadi Forumunda iştirak etmək üçün havaya qalxan ABŞ prezidenti Donald Trampın təyyarəsi qısa zamandan sonra  geriyə qayıtmalı olub.  Trampın təyyarəsi  Endryus Hərbi Hava Qüvvələri Bazasına  təcili eniş etməli olub.

Azreform.info xəbər verir ki,  bu barədə Ağ Evin mətbuat xidməti Kerolin Livit məlumat verib.
Onun sözlərinə görə, heyət "kiçik elektrik problemi" aşkar edib və təhlükəsizlik səbəbi ilə geri dönür.

SNN-nin məlumatına görə, Tramp və onu müşayiət edən şəxslər iki kiçik təyyarəyə bölünərək İsveçrəyə uçacaqlar.

 Mürtəza