Tramp Qrenlandiya ilə bağlı alternativ mexanizmlərə əl ata bilər

21
Yan
2026
01:07

ABŞ Prezidenti Donald Tramp bildirib ki, əgər ABŞ Ali Məhkəməsi onun Qrenlandiya ilə bağlı tətbiq etdiyi rüsumlara qarşı çıxarsa, bu məsələ üzrə digər mexanizmləri nəzərdən keçirə bilər.

Azreform.info xəbər verir ki, Tramp bu barədə Ağ Evdə keçirdiyi mətbuat konfransında bildirib.

Amerika lideri, həmçinin Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Parisdə keçirilməsi təklif olunan görüşə qatılmayacağını bildirib.