Avtomobil və motosiklet oğurlayan şəxslər saxlanılıblar

18
Yan
2026
15:35

Paytaxtın Binəqədi rayonunda bir nəfər "VAZ-21011" markalı nəqliyyat vasitəsinin qaçırıldığı barədə polisə məlumat verib.

Bu barədə Azreform.info a DİN-in Mətbuat xidmətindən bildirilib.

Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən S.Sultanzadə saxlanılıb, avtomobil sahibinə qaytarılıb.

Həmçinin rayon ərazisində motosiklet oğurlamaqda şübhəli bilinən İ.Cəfərov da polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalar davam etdirilir.