33 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb

18
Yan
2026
13:07

Şəmkirdə 33 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

Azreform.info "Report"a istinadla xəbər verir ki, 1993-cü il təvəllüdlü A.Məmmədov evin həyətində yerləşən tövlənin dam örtüyündən ot bağlaması düşürərkən ehtiyatsızlıqdan pilləkəndən yıxılıb.

Hadisə zamanı A.Məmmədovun başı beton səthə çırpılıb.

Ağır xəsarət alan zərərçəkən xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.