Qışda oynaq ağrılarının artmasının bir neçə səbəbi var: Soyuq hava əzələləri gərginləşdirir, qan dövranı zəifləyir, hərəkət azalır, təzyiq dəyişiklikləri baş verir, köhnə zədələr özünü xatırladır.
Azreform.info xəbər verir ki, bunu fizioterapevt Nuriyyə Əlibəyli deyib. O bu səbəblərin geniş izahını da verib:
1. Soyuq hava əzələləri gərginləşdirir
Soyuqda əzələlər və vətərlər yığılır, bu da oynaqlara düşən yükü artırır və ağrı yarada bilər.
2. Qan dövranı zəifləyir
Aşağı temperatur damarların daralmasına səbəb olur. Nəticədə oynaqlara gedən qan axını azalır və sərtlik hissi yaranır.
3. Hərəkətin azalması
Qışda daha az hərəkət edirik. Uzun müddət oturaq qalmaq oynaqlarda tutulma və ağrıya səbəb olur.
4. Təzyiq dəyişiklikləri
Atmosfer təzyiqinin dəyişməsi xüsusilə artrit və revmatik xəstəlikləri olan insanlarda ağrını artıra bilər.
5. Köhnə zədələr özünü xatırladır
Əvvəllər travma və ya əməliyyat keçirmiş oynaqlar soyuq havaya daha həssas olur.
Həkim ağrıların qarşısını almaq üçün bir neçə tövsiyə də verib:
"Oynaqları isti saxlayın, gün ərzində yüngül hərəkətlər edin, uzun müddət eyni vəziyyətdə qalmayın, fizioterapevt məsləhəti ilə məşqlər edin.
Lakin belə ağrılar davam edirsə, mütləq həkim məsləhəti və bəzi müayinələrdən keçmək lazımdır!
Unutmayın, qışda artan oynaq ağrıları normal deyil, vaxtında reabilitasiya ağrının qarşısını ala bilər".
Billurə