Putin onunla Venesuelanı müzakirə etdi

14
Yan
2026
22:35

Rusiya Prezidenti Vladimir Putin braziliyalı həmkarı Luis İnasiu Lula da Silva ilə telefonla danışıb.

Azreform.info ” xəbər verir ki, bu haqda Kremlin mətbuat xidməti məlumat yayıb.

“Liderlər Venesuela ətrafındakı vəziyyətə diqqət yetirməklə, aktual beynəlxalq problemlər ətrafında fikir mübadiləsi aparıblar”, - məlumatda deyilir.

Bildirilib ki, Rusiya və Braziliya liderləri Latın Amerikası və digər regionlarda gərginliyin azaldılması üçün səylərin əlaqələndirilməsini davam etdirmək barədə razılığa gəliblər.(qafqazinfo)