Alimlər qlobal istiləşmənin yaratdığı ekstremal hava şəraitinə görə 2025-ci ili tarixin üçüncü ən isti ili olduğunu bəyan ediblər.
Azreform.info Oxu.Az-a istinadla xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.
Məlumata görə, 2025-ci ilin yanvarı rekord həddə çatan ən isti ay olub. Mart-may ayları arasında temperatur yaz üçün ən yüksək həddə yaxınlaşıb.
Avropa, Amerika, Yaponiya və Çin iqlim agentlikləri tərəfindən toplanan məlumatlar göstərib ki, 2024-cü il rekord həddə çatmış ən isti il olub.
Mütəxəssislər temperaturun artmasının karbon qazı tullantılarının artması ilə əlaqəli olduğuna inanırlar.
El-Ninyo (ekvatorial Sakit Okeanın səth temperaturundakı dalğalanma) da 2023-2024-cü illərdə temperaturun artmasına səbəb olub, lakin onun təsiri 2025-ci ilə qədər zəifləyib.
Qütb bölgələrində, xüsusən də Antarktidada 2025-ci ildə rekord temperatur müşahidə olunub. Qütb dəniz buzlarının sahəsi 1970-ci illərdən bəri ən aşağı səviyyəyə düşüb. Planetin quru səthinin yarıdan çoxunda ötən il temperatur 32 dərəcədən çox olub.