Honduras prezidenti ABŞ ilə bağlı qərarını ləğv edib

11
Yan
2026
06:21

Honduras Prezidenti Xiomara Kastro ABŞ ilə ekstradisiya müqaviləsinin ləğvinə dair qərarını dəyişib.

Azreform.info xəbər verir ki, dövlət başçısı bununla bağlı "X" platformasında bəyanat dərc edib.

O bildirib ki, ölkələr arasındakı ekstradisiya müqaviləsinin ləğvini elan edən 28 avqust 2024-cü il tarixli nota bundan sonra etibarsız hesab edilir.

Prezidentin sözlərinə görə, bu qərar onun hökumətinin narkotik qaçaqmalçılığına qarşı mübarizədəki öhdəliyini təsdiqləyir.

Kastro, həmçinin qeyd edib ki, ABŞ-yə narkotik qaçaqmalçılığında ittiham olunan keçmiş prezident Xuan Orlando Ernandesin əfvi Ağ Evin siyasəti ilə ziddiyyət təşkil edir və narkotik qaçaqmalçılığına qarşı mübarizə üzrə birgə səyləri sarsıdır.(oxu.az)