"Qrenlandiyanın işğal edilməsini istəmirik"

10
Yan
2026
22:14

ABŞ Rusiyanın və ya Çinin Qrenlandiyanı işğal etməsini istəmir.

Azreform.info xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə iri neft şirkətlərinin yüksək vəzifəli şəxsləri ilə görüşündə bildirib.

"Biz Rusiya və ya Çinin Qrenlandiyanı işğal etməsini istəmirik, çünki Qrenlandiyanı almasaq, ən yaxın qonşularınız Rusiya və ya Çin olacaq. Bu olmayacaq, - deyə o bildirib.

Yanvar ayında ABŞ prezidenti yenidən Qrenlandiya üzərində nəzarəti bərqərar etmək niyyətini açıq şəkildə bəyan edib. O, Vaşinqtonun məqsədinə "yaxşı və ya pis yolla" çatmağa hazır olduğunu bildirib. O, adaya nəzarəti milli təhlükəsizlik məsələsi adlandıraraq, Qrenlandiyanın Rusiya və ya Çin tərəfindən mümkün işğalının qarşısını almağın vacibliyini bildirib.

Elvin

Azreform.info