Kenan Yıldız "Yuventus"un ən yaxşısı seçildi

10
Yan
2026
09:07

"Yuventus" klubunda dekabr ayının ən yaxşı futbolçusunun adı açıqlanıb.

Azreform.info xəbər verir ki, bu barədə Turin təmsilçisinin Mətbuat Xidməti məlumat yayıb.

Səsvermə nəticəsində Türkiyə millisinin üzvü Kenan Yıldız ötən ayın ən yaxşı futbolçusu seçilib.

Qeyd edək ki, gənc hücumçu "Yuventus"un heyətində iştirak etdiyi beş rəsmi oyunda iki qol və iki assistlə yadda qalıb.(oxu.az)