Bu istiqamətdə qatar biletlərinə 10% endirim tətbiq edildi

8
Yan
2026
14:35

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC Bakı–Balakən–Bakı marşrutu üzrə biletlərə 10 % endirim tətbiq edib.

Azreform.info bu barədə ADY-yə istinadən xəbər verir.

Məlumata görə, qış mövsümündə qüvvədə olacaq yeni tarifə əsasən, həftəiçi Bakıdan Balakənə və əks istiqamətə gediş haqqı 16,2 manatdan başlayır.