Azərbaycanlı idmançı üç il müddətinə cəzalandırıldı

7
Yan
2026
17:42

Azərbaycanlı atıcı Rəna Əsgərova cəzalandırılıb.

Bu barədə Azreform.info -a Azərbaycan Milli Antidopinq Agentliyindən (AMADA) məlumat verilib.

Onun nümunəsində qadağan edilmiş maddə (S4.Hormon və Metabolik Modulyatorlar/ Trizmetazidin) aşkarlanıb.

Rəna Əsgərova AMADA tərəfindən üç il müddətinə yarışlardan kənarlaşdırılıb. Onun cəza müddəti 2025-ci ilin iyulun 16-dan hesablanır.