Azərbaycanda evin tavanı çökdü: xəsarət alanlar var - FOTO

3
Yan
2026
19:49

Şabranda mənzilin tavanı çöküb.

Azreform.info APA-ya istinadla xəbər verir ki, şəhərin dəmir yolu stansiyası ətrafında olan iki mərtəbəli çoxmənzilli binalardan birində mənzilin tavan hissəsi sakinlərin üzərinə çöküb. Bir neçə nəfərin yüngül xəsarətlər aldığı bildirilir.

Şabran rayon İcra Hakimiyyətindən bildirilib ki, hadisə istismar dövrünü başa vuran binalardan birində baş verib. Həmin bina İH-nin balansında deyil.

Fakt araşdırılır.