YTB əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar

2
Yan
2026
12:45

 

İki gündür davam edən güclü küləklə əlaqədar Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar.

Avrasiya.net xəbər verir ki, yanvarın 2-də gecədən səhərə kimi güclü külək nəticəsində 9 ağac sınıb, 6 ağacın budaqları qırılıb.

Sınan ağaclar və qırılan budaqlar birliyin növbətçi briqadaları tərəfindən operativ şəkildə görütülüb, ərazi təmizlənib.
YTB əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar