Ukraynada Prezident Administrasiyasının yeni rəhbərinin adı açıqlandı

31
Dek
2025
09:07

Ukrayna Prezidenti Volodimir Zelenski sanksiyalar siyasəti üzrə komissar Vladislav Vlasyuku öz ofisinin rəhbəri təyin edəcək.

Azreform.info xəbər verir ki, bu barədə "Zerkalo Nedeli" nəşri mənbələrə istinadən məlumat yayıb.

Noyabrın 28-də Zelenski Andriy Yermakı Prezident Administrasiyasının rəhbəri vəzifəsindən azad edib. O, korrupsiyaya qarşı mübarizə aparan məmurlar tərəfindən mənzilində axtarış aparıldıqdan sonra işdən çıxarılıb.

54 yaşlı Yermak 11 fevral 2020-ci ildən Ukrayna Prezident Administrasiyasının rəhbəri vəzifəsində çalışıb. Bundan əvvəl o, Zelenskinin köməkçisi olub və beynəlxalq münasibətlərə nəzarət edib.