Yenə avtomobil qaz xəttinə çırpıldı - minlərlə abonent qazsız qaldı

30
Dek
2025
19:35

Naxçıvanda minik avtomobili qaz xəttinə çırpılıb.

Azreform.info xəbər verir ki, Culfa şəhəri Ordubadi küçəsində baş verən qəza zamanı qaz xətti yararsız hala düşüb.

Təhlükəsizlik səbəbi ilə 2920 abonentin qaz təchizatı dayandırılıb.

Bildirilib ki, bərpa işləri yekunlaşan kimi sözügedən ərazidə təbii qazın verilişi təmin ediləcək.