Zakir Qaralova ağır itki üz verdi

15
Dek
2025
23:49

Sabiq baş prokuror Zakir Qaralova ağır itki üz verib.

Azreform.info xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, onun qardaşı Tahir Qaralov vəfat edib.

Məlumata görə, T.Qaralov bir neçə saat öncə Gürcüstanın paytaxtı Tbilisidə dünyasını dəyişib.

Xatırladaq ki, Z. Qaralov 2000-2020-ci illərdə Azərbaycanın baş prokuroru olub.