Nadir heyvan görüntüləndi: Öldürməyin cəzası 45 milyondur - VİDEO

12
Dek
2025
13:49

Türkiyədə nəsli kəsilməkdə olan Anadolu bəbiri (Anadolu parsı)görüntülənib.

Azreform.info Türkiyə mətbuatına istinadla xəbər verir ki, nadir heyvan növü Tuncelinin kəndlərindən birində görüntülənib.

İnsanladan qaçdığı üçün ağaca dırmaşdığı ehtimal edilən yırtıcı maraq doğurub.

Sözügedən heyvanın fotosunu kəndlilərdən biri öz mobil telefonuna çəkib.

Qeyd edək ki, nəsli kəsilməkdə olan Anadolu bəbirini öldürməyin cəzası 45 milyon lirə (təx.1.8 milyon AZN) cərimə və 5 il azadlıqdan məhrumetmədir.

Billurə