Bakıda avtomobil yanıb.
Azreform.info xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin məlumatında bildirilib.
Qeyd olunub ki, Qaradağ rayonunda "DongFeng" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yanğın yerinin təhqiqatı zamanı 1 nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Yol kənarındakı kommunikasiya xətləri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.