Siyyarto: Qərb Aİ-ni Rusiya ilə savaşa hazırlayır

3
Dek
2025
01:07

Macarıstan XİN rəhbəri bildirib ki, Qərbi Avropa liderləri Ukrayna müharibəsini uzatmaq və 2030-a qədər Aİ-ni Rusiya ilə savaşa hazırlamaq istəyir”

Azreform.info xəbər verir ki, Macarıstanın xarici işlər naziri Peter Siyarto Qərbi Avropa ölkələrinin Ukrayna münaqişəsinin uzanmasında maraqlı olduğunu bəyan edib. Onun sözlərinə görə, bu dövlətlərin liderləri 2030-cu ilə qədər Avropa İttifaqını Rusiya ilə mümkün qarşıdurmaya hazır vəziyyətə gətirmək niyyətindədir.

Nazir qeyd edib ki, belə yanaşma regionda gərginliyi daha da artırır və real sülh perspektivlərini arxa plana keçirir. Rəsmi Brüssel məsələ ilə bağlı açıqlama verməyib.