Əli Əsədov XİN-lə bağlı Qərar imzaladı

2
Dek
2025
18:07

Xarici İşlər Nazirliyinin (XİN) kollegiyasının üzvlərinin sayı və tərkibi təsdiqlənib.

Azreform.info ” xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Qərara əsasən, Xarici İşlər Nazirliyinin kollegiyasının üzvlərinin sayı 11 nəfərdən ibarət müəyyənləşdirilir və aşağıdakı tərkibdə təsdiqlənir:

Kollegiyanın sədri

Xarici işlər naziri

Kollegiyanın üzvləri:

Xarici işlər nazirinin müavinləri

“ADA” Universitetinin rektoru;

Xarici İşlər Nazirliyinin Hüquqi təminat idarəsinin rəisi;

Xarici İşlər Nazirliyinin Kadrlar idarəsinin rəisi;

Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasında İdarəsinin rəisi.