Bakı sakini metroda ölüb

2
Dek
2025
11:14

Bakı sakini metroda ölüb.

Azreform.info APA-ya istinadən xəbər verir ki, hadisə dekabrın 1-də metronun Əhmədli stansiyasında qeydə alınıb. Bakı şəhər sakini 1966-cı il təvəllüdlü Elçin Babəli oğlu Babayev metroda infarktdan vəfat edib.

Araşdırma aparılır.