Təzə zeytun yağı diz artritini yüngülləşdirir

2
Dek
2025
06:21

Təzə zeytun yağı istehlakı diz artritini yüngülləşdirir.

Azreform.info xəbər verir ki, türkiyəli alimlər tərəfindən aparılan eksperimental tədqiqat nəticəsində məlum olub ki, təzə sıxılmış orqanik zeytun yağı ilə hazırlanmış qidaları istehlak edən siçovullarda diz artriti və oynaq zədələnmələrində azalma müşahidə olunub. 

Bu kontekstdə, laboratoriya şəraitində siçovulların dizlərinə monosodyum asetat yeridilməsi ilə osteoartrit (artrit) modeli yaradılıb. Daha sonra heyvanlara 21 gün ərzində təzə sıxılmış zeytun yağı ilə hazırlanmış xüsusi pəhrizlər verilib.

Tədqiqat nəticəsində məlum olub ki, bu yağı ilə bəslənən siçovullarda diz artritində azalma və serum oksidləşdirici səviyyələrinin azalması müşahidə olunub.

Diz artritinin əsas səbəblərindən biri mexaniki aşınma və yırtılmadır. Lakin iltihabi xəstəliklər, genetik amillər və metabolik pozğunluqlar da bu prosesə təsir göstərir. Buna baxmayaraq, osteoartritin əsas səbəbi hələ də məlum deyil. Diz osteoartriti olan xəstələrdə yüksək LDL xolesterol səviyyələri aşkar edilib.(axsam.az)