"Mançester Yunayted" "Real"ın futbolçusu ilə maraqlanır

30
Noy
2025
19:28

İngiltərənin "Mançester Yunayted" klubu İspaniya təmsilçisi "Real"da çıxış edə Federiko Valverde ilə maraqlanır.

Azreform.info xəbər verir ki, "qırmızı şeytanlar" yarımmüdafiəçinin komandadakı vəziyyətini izləyir.

Uruqvaylı oyunçu "kral klubu"nda baş məşqçi Xabi Alonsonun idarəetmə tərzindən narazı olanlardan biridir. Mütəxəssislə münasibətlər yaxşılaşmasa, Valverde İspaniya nəhəngindən ayrılmağı düşünür.

"Real" isə 27 yaşlı futbolçunu 100 milyon funt sterlinqdən aşağı qiymətə satmaq niyyətində deyil. Onun hazırkı müqaviləsinin müddəti 2029-cu ilin yayınadək qüvvədədir.(report)