İsrail bütün Qəzza zolağına hava zərbələri endirib

30
Noy
2025
15:49

İsrail təyyarələri Qəzza zolağının cənub hissəsinə zərbələr endirib, həmçinin İordan çayının qərb sahilində reydlər keçirib.

Azreform.info xəbər verir ki, İsrail ordusu mərkəzi hissədə yerləşən Bureyc qaçqın düşərgəsi yaxınlığında "sarı xəttin" arxasındakı əraziyə hava hücumu həyata keçirib.

İsrail qırıcıları, həmçinin Rəfahın şərq hissəsini bombalayıb, ordu isə Xan Yunisin şərqində partlayış işləri aparıb.

Fələstinin "Qüds" agentliyi isə Qəzza zolağının şimalının havadan atəşə tutulduğunu bildirib.