Fidan: Putin Ukraynada atəşkəsə hazırdır

30
Noy
2025
13:49

Türkiyənin xarici işlər naziri Hakan Fidan bəyan edib ki, Rusiya Prezidenti Vladimir Putin müəyyən şərtlər daxilində Ukraynada atəşkəsə razılaşmağa hazırdır.

Azreform.info xəbər verir ki, o, Moskva və Kiyevin sülh sazişinin əldə edilməsinə marağının artdığını qeyd edib. Nazirin sözlərinə görə, müharibə zamanı tərəflər öz imkanlarının sərhədlərini görüblər.

"Anladığımız kimi, cənab Putin də müəyyən şərtlər daxilində atəşkəs və hərtərəfli sülh sazişi ilə razılaşmağa hazırdır", Fidan bildirib.(Report)