Gültəkin Hacıbəyli Türkiyədə saxlanıldı

30
Noy
2025
13:21

Sabiq millət vəkili, Milli Şuranın üzvü Gültəkin Hacıbəyli Türkiyədə saxlanılıb.

Azreform.info xəbər verir ki, bu barədə keçmiş millət vəkili özü sosial şəbəkə hesabında məlumat yayıb.

O bildirib ki, İstanbulda polis idarəsinə gətirilib və böyük ehtimalla Azərbaycana deportasiya olunacaq.

Qeyd edək ki, Gültəkin Hacıbəylinin adı "Ramiz Mehdiyev işi"ndə hallanır.