Çevrilişlə hakimiyyətdən uzaqlaşdırılan Qvineya-Bisau prezidenti bu ölkəyə gedib

29
Noy
2025
22:14

Hərbi çevrilişlə hakimiyyətdən uzaqlaşdırılan və ölkədən qaçan Qvineya-Bisau prezidenti Umaru Sissoko Embalo Seneqaldan Konqo Respublikasının paytaxtı Brazzavil şəhərinə gəlib.

Azreform.info xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

"Prezident Sissoko Embalo noyabrın 29-da səhər saatlarında şəxsi təyyarə ilə Brazzavil şəhərinə gəlib", mənbə bildirib.

Siyasətçinin bir müddət Konqoda qalacağı gözlənilir.

26 noyabrda Qvineya-Bisaudakı hərbçilər prezident Umaru Sissoko Embalonun devrildiyini elan ediblər. Çevriliş iki namizədin qələbəsini elan etdiyi prezident seçkiləri fonunda baş verib. Çevrilişçilər iddia edirlər ki, siyasətçilər, narkotik baronu və əcnəbilərin iştirak etdiyi sabitliyi pozma planını öyrəndikdən sonra hərəkətə keçiblər.

Elvin

Azreform.info