Ryabkov: Avropa Ukrayna nizamlanmasına mane olmağa davam edir

29
Noy
2025
21:35

Avropa ölkələri Ukraynadakı münaqişənin həllinə mane olmağa davam edir.

Azreform.info xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

Ryabkov qeyd edib ki,  "Avropalı idarəçilər" normal diplomatik fəaliyyətdən imtina ediblər.

"Gəlin 2022-ci ili xatırlayaq, Ukrayna ilə birbaşa danışıqlarda razılığa nə qədər yaxınlaşdığımızı xatırlayaq. Bir daha Qərb paytaxtlarının, xüsusən də Londonun zərərli müdaxilələri həmin mərhələdə həll yoluna nail olunmasına mane oldu", - Ryabkov deyib. Diplomatın sözlərinə görə, indi vəziyyət dəyişib, lakin onların yanaşması eyni olaraq qalır.

Nazir müavini həmçinin ABŞ-ın Ukraynadakı vəziyyətə verdiyi qiymətləndirmənin məqsədəuyğunluğunu qeyd edib. Sergey Ryabkov qeyd edib ki, Ağ Ev administrasiyası mövcud şəraitdə "düzgün kurs izləyir" və tərəflərə dialoqu davam etdirməyə imkan verir.

Elvin

Azreform.info