Qara dənizdə vurulan gəminin vurulma anı - Anbaan video

29
Noy
2025
20:07

Dünən Qara dənizdə vurulan gəminin vurulması anı dron kamerası tərəfindən saniyə saniyə qeydə alınıb.

Azreform.info xəbər verir ki, Qara dənizdə üzən xarici mənşəli gəmi naməlum mənbənin hücumuna məruz qalıb. Zərbədən sonra gəmidə yanğın baş verib. Türkiyə  Sahil Mühafizəsi və tibb qrupları sahildən təxminən 30 mil məsafədə olan gəmidəkiləri xilas edib onlara yardım göstərmək üçün  göndərilib. Komandaların çevik reaksiyası gəmidə olan 25 şəxsi təhlükəsiz şəkildə təxliyə etməyə imkan verib.

Hadisədən sonra gəminin vurulduğu anın görüntüləri ortaya çıxıb. PUA ilə çəkilmiş görüntülərdə gəminin vurulması zamanı alovların yüksəldiyi və səmanı qalın tüstünun qalxdığı görünür.

 Mürtəza